Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə “Park iNN” otelində “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi” mövzusunda seminar baş tutub. Seminarı giriş sözüylə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov açaraq, bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən, dövlətin bələdiyyələrin inkişafına göstəridyi qayğı və diqqətdən danışıb. Tədbirlərin həftə ərzində regionlarda da davam etdirləcəyini bildirən H.Hüseynov yeni sistemin tətbiqinin bələdiyyələrin inkişafına böyük dəstək verəcəyini bildirib.
Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonunda formalaşan bələdiyyələrin sədrləri və aidiyyatı mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası icra katibinin müavini əli əkbərli geniş məruzəylə çıxış edib.
əli əkbərli çıxışında qeyd edib ki, bələdiyyələrdə yerli vergi və ödənişlərinin yığımının artırılması Bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi əsas çətinliklərdəndir. Bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən internet üzərindən onlayn qaydada bir serverdən idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanmışdır.
Məruzəçi daha sonra bildirib ki, hazırkı sistemi bələdiyyələrdə tətbiq etməklə bələdiyyələr vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, tədiyyəçilərlə normal münasibətlərin qrulmasını, yaşayış və qeyri yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, ödənişlərin operativ onlayn qaydada ödənilməsinin təmin edilməsini, gəlir və xərclər üzrə dəqiq statistik məlumatların hazırlanmasını, eyni zamanda bələdiyyələrdə şəffaflığın təmin olnmasnı və digər sahələr üzrə təhlillərin aparılmasını təmin edəcəkdir.
Seminarda çıxış edən bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqindən sonra Yerli özünüidarəetmənin maliyyə, iqtisadi potensialının güclənməsinə, o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcəyini qeyd ediblər.
Tədbirin həftə ərzində respublikanın digər regionlarında, o cümlədən Gəncə, şəki, Lənkəran, Bərdə, şabran və şirvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|